PSJ "Barselona" ilə oyunda rekord qırdı
02 oktyabr 2025 09:53 (UTC +04:00)

PSJ "Barselona" ilə oyunda rekord qırdı

0

PSJ böyük Avropa turnirlərinin tarixində "Barselona" ilə səfər oyunlarında ardıcıl üç qələbə qazanan ilk komanda olub.

Lent.az xəbər verir ki, PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci tur oyununda səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Bundan əvvəl xəbər verilib ki, “Barselona” bütün turnirlərdə ardıcıl 45 oyunda qol vuraraq klub rekordunu müəyyənləşdirib.

Hazırda PSJ turnir cədvəlində 6 xal toplayaraq 3-cü yerdə qərarlaşıb. “Barselona” isə 3 xal toplayaraq 16-cı yerdədir.

Növbəti turda Kataloniya komandası Yunanıstanın “Olimpiakos” klubu ilə, Fransız klubu isə Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq. Hər iki oyun 21 oktyabrda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar