PSJ Portuqaliya “Sportinq”indən icarəyə götürdüyü Nunu Mendeşlə bağlı qərarını verib.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Fransa klubu 19 yaşlı müdafiəçini transfer edəcək.
Paris təmsilçisi portuqaliyalının oyunundan razı qalıb. Bu üzdən də klub rəhbərliyi icarə müqaviləsindəki bənddən yararlanacaq.
PSJ 40 milyon avroya transfer etmək hüququndan istifadə edərək Nunu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Mendeş cari mövsümdə Liqa1-də 10, Çempionlar Liqasında 6 matç keçirib.