Azərbaycan Premyer Liqasında ən intizamsız futbolçular müəyyənləşib.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, mövsümün 4 intizamsız oyunçusundan üçü “Keşlə”nin üzvləridir.
Anatole Abanq mövsümün ilk yarısında iki qırmızı vərəqə alan yeganə oyunçudur.
Onun komanda yoldaşı Felipe Santos isə sarı vərəqə sayında rekord vurub. O, 6 matçda xəbərdarlıq alıb.
Daha iki oyunçu 6 qarşılaşmada cəzalanıb. Şəhriyar Əliyev də “Keşlə”nin üzvüdür. O, beş qarşılaşmada sarı, birində birbaşa qırmızı vərəqəyə üzülüb.
“Səbail”in legioneri Yurgen Qoxa da 5 görüşdə sarı, birində qırmızı ilə cəzalanıb. Lakin onun meydandan qovulması ikinci sarı vərəqədən sonra gerçəkləşib.