Polşa millisinin baş məşqçisi  istefaya göndərildi
22 dekabr 2022 17:13 (UTC +04:00)

Polşa millisinin baş məşqçisi istefaya göndərildi

Çeslav Mixneviç artıq Polşa millisinin baş məşqçisi deyil. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Polşa Futbol Assosiasiyası mütəxəssislə əməkdaşlığa xitam verdiyini rəsmən açıqlayıb.

Qurumun məlumatına görə, mütəxəssisin müqaviləsi bu ilin sonuna kimi qüvvədə olacaq, o, dekabrın 31-dən sonra postunu tərk edəcək.

Xatırladaq ki, Mixneviç bu ilin yanvarında Polşa komandasına rəhbərlik edib. Ümumilikdə onun rəhbərliyi altında milli komanda 13 oyun keçirib, 5 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 5 dəfə məğlub olub.

Qeyd edək ki, dünya çempionatında Polşa yığması 1/8 finala yüksələ bilsə də, artıq pley-offun ilk mərhələsində Fransaya 1:3 hesabı ilə uduzub.

Bundan əvvəl Andriy Şevçenkonun Polşa millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar