Portuqaliya millisinin futbolçuları – müdafiəçi Pepe və yarımmüdafiəçi Joao Palinyanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Porto” və “Sportinq”in üzvləri DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyuna hazır olacaq.
Bunu komandanın baş məşqçisi Fernando Santuş açıqlayıb. O bildirib ki, zədələnən oyunçular tezliklə kollektivə qoşulacaq: “Kapitan Pepe və yarımmüdafiəçi Palinya artıq komanda ilə məşq etməyə hazırdır. Palinyanın sağalma prosesi daha sürətli getdi. Hər ikisi Azərbaycanla matça hazır olacaq”.
Qeyd edək ki, bu gün Qətərlə yoldaşlıq görüşü keçirəcək Portuqaliya yığması sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq.