Pele vəfat etdi
29 dekabr 2022 23:03 (UTC +04:00)

Pele vəfat etdi

Üçqat dünya çempionu Pele 82 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub.

Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni verməyi dayandırdığı bildirilirdi.

Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.

Dünya Kubokunun final turnirlərində o, ümumilikdə 14 oyun keçirib və onlardan 3-ü qalib finallarda olmaqla 12 qol vurub.

Ümumilikdə Braziliya millisi üçün - 92 oyunda 77 qol (1957-ci ildən 1971-ci ilə qədər). Onun rekordu 50 ildən çoxdur və bu yaxınlarda Neymar tərəfindən təkrarlanıb.

Klub səviyyəsində Pele iki dəfə (1962 və 1963-cü illərdə) Libertadores Kubokunu və Qitələrarası Kuboku qazandığı Braziliyanın Santos klubunda və Amerikanın Nyu York Kosmos komandasında oynayıb.

O, FİFA Futbol Komissiyası, World Soccer və France Football tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu, həmçinin BOK tərəfindən 20-ci əsrin ən yaxşı idmançısı kimi tanınıb.

# 3621
avatar

Oxşar yazılar