Türkiyə Superliqasının iddialı komandası “Adana Dəmirspor” baş məşqçisi Patrik Kluyvertlə yollarını ayırıb.
Lent.az Türekiyə mediasına istinadən xəbər verir ki, Trendyol Super Liqasının 14-cü həftəsində evdə "Yılport Samsunspor"a 3:2 hesabı ilə uduzan "Adana Dəmirspor"da son dəqiqədə hadisə yaşanıb.
“Ajansspor”da yer alan xəbərə görə, baş məşqçi Patrik Kluivertlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.