Parisdə maşın PSJ-nin qələbəsini qeyd edən azarkeşləri əzdi - VİDEO
08 may 2025 12:49 (UTC +04:00)

Parisdə maşın PSJ-nin qələbəsini qeyd edən azarkeşləri əzdi - VİDEO

Naməlum avtomobil Paris Sen-Jermen (PSJ) klubunun Londonun "Arsenal"ı üzərində qələbəsini qeyd edən azarkeşləri əzib.

Lent.az xəbər verir ki, nəticədə üç nəfər yaralanıb .

Hadisə Yelisey meydanı yaxınlığında baş verib. Naməlum səbəblərdən qara sedan izdihamın içərisinə keçərək bir neçə nəfəri vurub. Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Dəhşətli hadisədən sonra azarkeşlər maşının arxasınca düşüblər. Daha sonra o, hadisə yerindən bir neçə metr aralıda yanmış vəziyyətdə tapılıb. Avtomobildə olan şəxslərin saxlanılıb-saxlanılmaması dəqiqləşdirilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar