Polşanın Varşava Universitetində balta hücumu nəticəsində bir qadının başı kəsilib. 22 yaşlı polyakın təhsil müəssisəsində qətl törətdiyinə görə həbs edildiyi bildirilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, gənc polşalı saat 17 radələrində balta ilə universitet kompleksinə daxil olub. Rayon prokurorluğunun sözçüsü deyib ki, başı kəsilən qadın universitetin inzibati işçisidir. Mühafizəçi isə yaralanaraq ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Onun sözlərinə görə, hücum edən şəxs universitetin auditoriyasına daxil olub. Əldə olan məlumata görə, şübhəli şəxs tələbə olub.
Varşava Universitetinin rektoru açıqlamasında mayın 8-nin məktəbdə matəm günü olacağını bildirib və hücumu “böyük faciə” adlandırıb.