PSJ-nin və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını davam etdirmək üçün hələ də layiqli təklif almayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 2022/2023 mövsümü başa çatdıqdan sonra 37 yaşlı futbolçunun Paris komandası ilə müqaviləsi başa çatıb və o vaxtdan azad agent statusundadır.
Mənbənin məlumatına görə, ispaniyalı futbolçu “Sevilya”ya qayıtmaq istəyir, lakin klub yaxın vaxtlarda müdafiəçi ilə müqavilə imzalamaq imkanını istisna edib.
Daha əvvəl "Los Angeles Qalaksi"nin Serxionun xidmətində maraqlı olduğu bildirilirdi.
Əlavə edək ki, Ramos 2021-ci ilin yayından PSJ-də çıxış edib. O, ötən mövsüm “qırmızı-göylər”in heyətində 45 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 4,5 milyon avrodur.