"Futbolun ən böyük əfsanələrindən biri, nur içində yat".
Lent.az xəbər verir ki, bunu "İstanbul Başakşehir"in futbolçusu Məsut Özil paylaşımında bildirib.
Almaniya millisinin 34 yaşlı sabiq yarımmüdafiəçisi Pelenin ölüm xəbərinə münasibətini bu cür göstərib: "İrsiniz əbədi olaraq yaşayacaq. Əminəm ki, "Cənnət" Futbol Klubu Maradona və Pele ilə həmişə yenilməz olacaq”.