Oyunu başladan şəhər qubernatoru zədələndi
07 avqust 2024 16:05 (UTC +04:00)

Oyunu başladan şəhər qubernatoru zədələndi

Tokio qubernatoru Yuriko Koike peşəkar beysbol liqasının açılış oyunu zamanı topu meydançaya atarkən dizindən xəsarət alıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 72 yaşlı Koike atış zamanı topuğunu büküb, bundan sonra ağır şəkildə axsayaraq meydançanı tərk edib.

Tokio administrasiyasının məlumatına görə, Yuriko Koike diz oynağını zədələyib və sağalması təxminən iki ay çəkəcək. Bu müddət ərzində o, öz vəzifələrini kənardan yerinə yetirəcək.

Yaponiya Peşəkar Beysbol Liqası Böyük Beysbol Liqasının yerli ekvivalentidir və yüksək səviyyəli idmançılardan ibarətdir. İki beysbol liqası var - Mərkəzi və Sakit Okean. Hər ikisinin öz pley-offları var və sonra hər iki liqanın çempionları illik Yaponiya Çempionatı Seriyasında üz-üzə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar