Uels millisinin futbolçusu Neko Uilyamsın mundialda debüt oyununa çıxması emosional baxımdan çətin olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, əhəmiyyətli bir başlanğıc oyunu ərəfəsində Uels komandasının müdafiəçisinin ailəsində faciə baş verib - babası ölüb.
Futbolçu “Instagram”da baş verənlərlə bağlı paylaşım edib.
“Dünən indiyə qədər üzləşdiyim ən çətin xəbəri aldım. Anam mənə babamın dünən gecə dünyasını dəyişdiyini söylədi.
Daimi ağlamaqdan çempionat oyununa keçmək çox çətin idi, amma ailəmin və komanda yoldaşlarımın dəstəyi ilə bunu bacardım. Bu oyunu ona həsr edirəm”, - Uiluams yazıb.
Xatırladaq ki, Uels yığması 1958-ci ildən sonra dünya çempionatında ilk oyununda ABŞ komandası ilə 1:1 hesablı heç-heçə edib.