Oyunda huşunu itirən  "Arsenal"ın keçmiş futbolçusu  öldü
30 sentyabr 2024 18:16 (UTC +04:00)

Oyunda huşunu itirən "Arsenal"ın keçmiş futbolçusu öldü

Fabian Kabalero dünyasını dəyişib. Argentinalı Şotlandiyanın "Dandi" klubunun ulduz futbolçusu olub və Londonda "Arsenal"da da çıxış edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kabaleronun 46 yaşı var idi. Onun son klubu 2014-cü ildə tərk etdiyi "Deportivo Rekoleta” olub.

Futbolçunun ölüm xəbərini jurnalist Ralf Hanna yayıb. Argentinalı dostları ilə futzal oynayarkən huşunu itirib. O, özünə gəlməyib.

Kabalero 1998-ci ildə İngiltərəyə gəlib. "Arsenal" hücumçunu almaq şərti ilə icarəyə götürüb. Əsasən ehtiyatda oynayan futbolçu əla rəylər alıb.

Argentinalı əsas heyətdə debüt etməyi də bacarıb. Üç oyunda şans qazanıb. Nəhayət, “topçular” son transferlə bağlı qərar verməyiblər.

Bununla belə, Kabalero yenə də karyerasını adalarda davam etdirib. “Dandi” onunla 2000-ci ildə müqavilə imzalayıb. O, Şotlandiya yığmasında 124 oyun keçirib, 21 qol vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar