Oyun zamanı baş məşqçi huşunu itirdi
03 may 2025 16:56 (UTC +04:00)

Oyun zamanı baş məşqçi huşunu itirdi

"Torino"nun baş məşqçisi Paolo Vanoli İtaliya çempionatının 35-ci turunun "Venesiya" ilə oyununda huşunu itirib.

Lent.az xəbər verir ki, mütəxəssis ehtiyat oyunçular skamyasından qalxaraq komandasının müdafiəçisi Gilyermo Maripanla danışıb və sonra qəfil yerə yıxılıb. Bir neçə saniyə sonra o, komanda işçilərinin köməyi ilə ayağa qalxıb. Həkimlər məşqçiyə ilkin tibbi yardım göstərmək istəsələr də, Vanoli yaxşı olduğunu deyərək ehtiyat oyunçular skamyasında qalıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Torino” 44 xalla A seriyasının onuncu pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002

Oxşar yazılar