Oyun bitdi, azarkeş stadionda yatıb qaldı
18 iyun 2024 17:23 (UTC +04:00)

Oyun bitdi, azarkeş stadionda yatıb qaldı

“Avro-2024”ün qrup mərhələsinin ilk turunun İngiltərə - Serbiya matçından sonra sərxoş ingilis azarkeş yuxuya gedib və gecəni Gelzenkirxendəki “Veltins Arena”da keçirib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, səhər saat dörddə stadionda oyanıb. Digər azarkeşlər, stüardlar və polislər yatan adamı görməyiblər.

İngiltərə - Serbiya oyunu iyunun 16-da baş tutub. İngiltərə yığması 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu hücumçu Cud Bellinqhem vurub.

Oyundan əvvəl ingilis və alban azarkeşlər Serbiya prezidenti Danilo Vuçiçin oğlu da daxil olmaqla, serb azarkeşlərin olduğu bara hücum ediblər. Onu davada iştirak edən mülki geyimli 20 serb xüsusi təyinatlı əsgəri müşayiət edib. Nəticədə hücumun ən ağır yükünü ingilislər öz üzərinə götürüb, albanlar isə hadisə yerindən qaçıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3477
avatar

Oxşar yazılar