"Nyukasl" Ronaldonu transfer etməkdən  imtina etdi
23 noyabr 2022 17:07 (UTC +04:00)

"Nyukasl" Ronaldonu transfer etməkdən imtina etdi

İngiltərə Premyer Liqasının "Nyukasl" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldonu dəvətindən imtina edib.

Lent.az bildirir ki, bu barədə “CBS Sports”un jurnalisti Ben Ceykobs “Twitter” hesabında məlumat verib.

Mənbənin məlumatına görə, hücumçunun agenti Jorje Mendeş klub nümayəndələri ilə əlaqə saxlayıb. Lakin komanda Ronaldonu yüksək maaş aldığı üçün transfer etməyə hazır deyil. "Nyukasl"ın baş məşqçisi Eddi Hau oyunçular arasında maliyyə bərabərliyini qorumaq istəyir, lakin bu vəziyyətdə portuqaliyalının maaşının 30 faiz azaldılması belə kömək etməyəcək.

Daha əvvəl "Çelsi"nin Ronaldonun transferində maraqlı olduğu bildirilirdi. Qeyd olunurdu ki, keçid yalnız baş məşqçi Qrem Potterin təsdiqindən sonra baş tutacaq.

Noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləyə xitam verdiyini rəsmən elan edib. Portuqaliyalı ilə müqaviləyə tərəflərin qarşılıqlı razılaşması ilə xitam verildiyi bildirilib. Futbolçu daha əvvəl klubu xəyanətdə günahlandıraraq mankunianların baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar