Braziliya millisinin futbolçusu Neymar yığmanın düşərgəsində xoşagəlməz hadisə ilə üzləşib.
Hücumçu otelə çatan millinin avtobusundan düşdükdən sonra iki azarkeşin hücumuna məruz qalıb. Onlar PSJ-nin oyunçusuna hücum edərək onun əşyalarını oğurlamağa cəhd göstərib. Neymarın yanındakı təhlükəsizlik işçiləri futbolçunu qoruyub, iki azarkeşi isə hadisə yerindən uzaqlaşdırıb. Neymar baş verənləri təəccüblə qarşılaşıb. O, hadisədən sonra otelə daxil olub.
/qol.az