PSJ növbəti yay transfer pəncərəsində hücumçu Neymarı satmağı planlaşdırır.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, braziliyalı hücumçunun parislilərlə müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb.
Mənbənin məlumatına görə, Fransa klubunun nümayəndələri komandanın maaş yükünü yüngülləşdirmək üçün 30 yaşlı futbolçunu satmağı planlaşdırırlar. Futbolçunun transferi 100 milyon avroya başa gələ bilər. “Qırmızı-göylər”in gələcək hədəflərini kifayət qədər reallaşdırmaq üçün Kilian Mbappe və Lionel Messi var.
Xatırladaq ki, Neymar 2017-ci ilin avqustunda PSJ-yə keçib. Bu mövsüm Kristof Qaltyenin komandasında 21 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə verib.