PSJ-nin ulduz hücumçusu Neymar bu yay komandanı tərk edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunu transferə qoymaq imkanını yenidən nəzərdən keçirir.
Hələ 2022-ci ilin mayında PSJ-nin braziliyalı ilə yollarını ayırmaq istədiyi bildirilmişdi. Daha sonra hücumçu Kilian Mbappenin klubdan çıxmaq istəməsi iddia edildi. Neymar özü də komandadan ayrılmaq istəmirdi.
Fransa mətbuatının yazdığına görə, Neymar və Markinyos Fransa Liqa 1-də “Monako”ya 3:1 hesabı ilə uduzduqdan sonra PSJ-nin futbol məsləhətçisi Luis Kamposla mübahisə ediblər.
Neymar bu mövsüm 27 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib.