Neymar  döyməsinin silinməsi üçün   30 min göndərdi
17 dekabr 2022 00:48 (UTC +04:00)

Neymar döyməsinin silinməsi üçün 30 min göndərdi

Braziliya millisinin hücumçusu Neymar komanda yoldaşı Rişarlisondan döyməsini silməsini istəyib.

Lent.az bildirir ki, bu barədə “Daily Star” xəbər verir.

Bundan əvvəl Rişarlison Qətərdə keçirilən dünya çempionatında iştirak şərəfinə əfsanəvi braziliyalı hücumçu Ronaldo və Neymarın tatuajını etdirib.

Çox güman ki, Neymar komanda yoldaşının belə hərəkətini təqdir etməyib və kürəyindəki görüntünü sildirməsi üçün “Tottenhem”in hücumçusuna 30 min avro göndərib.

25 yaşlı Rişarlison karyerasının ilk dünya çempionatında iştirak edib və Braziliyanın turnirdə vurduğu 8 qoldan üçünü vuraraq komandanın bombardiri olub. Braziliya Xorvatiya ilə ¼ final oyununda penaltilər seriyasında məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar