“Neftçi”nin futbolçuları Rusiyaya getməkdən  imtina etdilər
13 iyul 2023 13:00 (UTC +04:00)

“Neftçi”nin futbolçuları Rusiyaya getməkdən imtina etdilər

Özbəkistanın “Neftçi” komandasının baş məşqçisi Vitali Levçenko “Ural”la yoldaşlıq görüşü üçün Rusiyaya getməyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, görünən odur ki, ukraynalı mütəxəssis hərbi-siyasi böhran səbəbindən səfərdən imtina edib.

Bir neçə futbolçu ondan nümunə götürüb: Aleksey Larin və Andrey Mişenko (hər ikisi Ukrayna vətəndaşıdır). Həmçinin gürcü hücumçu Toma Tabatadze Yekaterinburqa getməkdən imtina edib.

Xatırladaq ki, “Ural” – “Neftçi” oyunu bu gün, iyulun 13-də baş tutacaq və Yekaterinburqda keçiriləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Oxşar yazılar