Bakının “Neftçi” klubu yeni transferləri Mark Tamaş və Ervin Koffini UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Jelezniçar"la (Bosniya və Herseqovina ) oyunlar üçün UEFA-ya sifariş edib.
Lent.az xəbər verir ki, hər iki legioner müdafiəçinin adı iştirak ərizəsinə salınıb.
Əvəzində isə Serbiyanın “Partizan” komandasına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.
Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.