“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller uğursuz dünya çempionatından sonra milli komandanı tərk etmək fikrini dəyişdiyini bildirib.
“Uğursuzluqdan sonra çox emosional idim. Mən bu barədə düşündüm və Hansi Fliklə danışdım. Karyeramı bitirənə qədər Almaniyada oynayacağam”, - Lent.az xarici mediaya istinadla bildirir ki, klubun mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirir.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatında Almaniya millisi qrup mərhələsini keçə bilməyib.