"Roma"nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən Xorvatiya yığmasının kapitanı Luka Modriçi transfer etməyi xahiş edib.
Lent.az bildirir ki, xarici mətbuatın verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis yarımmüdafiəçini “Real”dakı birgə işindən tanıdığı üçün onu komandasının sıralarında görmək istəyir.
Əlavə edək ki, Modriçin “Kral klubu” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Modriçlə Xorvatiya millisi dünya çempionatının bürünc medalları uğrunda Mərakeş yığması ilə görüşdə iştirak edəcək. Turnirin yarımfinalında xorvatlar Argentinaya uduzub (0:3).