“Tottenhem” İngiltərə Premyer-liqasının 22-ci turunda öz meydanında digər London təmsilçisi “Çelsi”yə 1:0 hesabı ilə uduzub.
Lent.az-ın xarici mediaya istinadla məlumat verir ki, Joze Mourinyo məşqçilik karyerasında 327-ci ev oyununu keçirib. Portuqaliyalı mütəxəssis ilk dəfə iki ev oyununda dalbadal məğlubiyyətlə üzləşib.
“Tottenhem” bundan əvvəlki ev oyununda “Liverpul”a məğlub olmuşdu. London klubunun İngiltərə çempionatında məğlubiyyət seriyası isə 3-ə çatıb.
“Çelsi” yeni baş məşqçi Tomas Tuxellə dalbadal ikinci qələbəsini qazanıb. London klubu 22 oyundan sonra 36 xalla turnir cədvəlində 6-cı sıradadır.
“Tottenhem” isə 33 xalla 8-cı sırada qərarlaşıb.