“Roma”nın baş məşqçisi Joze Mourinyo yenidən “Real”a rəhbərlik edə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, italiyalı mütəxəssis Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”i tərk edəcək. Madrid komandasının rəhbərliyi baş məşqçi postuna ya “Bayer”in çalışdırıcısı Xabi Alonsonu, ya da portuqaliyalı Joze Mourinyonu dəvət etməkdə maraqlıdır.
Qeyd olunur ki, “Bayer” Xabi Alonsonu buraxmaq fikrində deyil və Madrid klubunun prezidenti Florentino Pereslə yaxşı münasibəti səbəbindən Mourinyonun təyinatı daha realdır.
Xatırladaq ki, Mourinyo 2021-ci ildən “Roma”ya rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir. Mütəxəssis əvvəllər “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter” və “Portu”ya rəhbərlik edib.