Mourinyo "Fənərbaxça"nın oyunçularının yarısını  göndərəcək
10 mart 2025 19:30 (UTC +04:00)

Mourinyo "Fənərbaxça"nın oyunçularının yarısını göndərəcək

"Fənərbağça" növbəti mövsüm üçün heyətini formalaşdırmaq işlərinə başlayıb. Baş məşqçi Joze Mourinyonun heyətdə yer olmadığını düşündüyü 9 futbolçu yay transfer dövründə komandadan ayrılacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Superliqada "Qalatasaray"la gərgin çempionluq yarışında olan "Fənərbaxça" gələn mövsüm əsaslı təmizləmədən keçəcək.

Komandanın rəhbərliyi mövsümü uğurlu başa vurub-vurmamasından asılı olmayaraq, 2025-26-cı illərdə baş məşqçi Joze Mourinyo ilə davam edəcək. Heyətdə portuqaliyalı çalışdırıcının tələblərinə uyğun olaraq daha böyük dəyişiklik edəcəyi iddia edilib.

Onların arasında Osayi-Samuel, Duşan Tadiç, Serdar Əziz və Edin Dzeko kimi müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçular var. Bundan başqa, icarədə olan Allan Saint-Maksimin də bonservisi alınmayacaq. Rodriqo Bekao, Aleksander Djiku və İsmail Yüksek də satılacaq futbolçular arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar