“Roma”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdıra bilər.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər verir.
Mənbənin məlumatına görə, Portuqaliya Futbol Federasiyası 59 yaşlı mütəxəssisə bu işi “Roma”dakı hazırkı işi ilə birləşdirməyi təklif edib.
Bundan əvvəl Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeş millisinə uduzduqdan sonra Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuşun istefaya göndərilə biləcəyi bildirilib.
Həmçinin qeyd olunur ki, yığmanın məşqçi postuna digər namizəd Portuqaliyanın gənclərdən ibarət milli komandasının baş məşqçisi Ruy Jorjedir.