Portuqaliyalı baş məşqçi Joze Mourinyo Braziliya millisini idarə etmək istəməyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Mourinyonun Braziliya millisinə rəhbərlik etməyə razı olmadığı və Romada qalacağı bildirilib.
Braziliya Futbol Federasiyası millinin DÇ-2022-dəki uğursuz çıxışından (1/4 finalda Xorvatiyadan penaltilərlə yola düşməsi) və Titenin qovulmasından sonra əcnəbi məşqçi dəvət etmək qərarına gəlib.