Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Roma” azarkeşləri ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əvvəl Mourinyo İtaliya “Roma”sından qovulmasına münasibət bildirib.
Mourinyo sosial şəbəkələrdə “Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət”, yazıb.
Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. 2022-ci ildə “Roma” Konfrans Liqasının qalibi olub və 2023-cü ildə Avropa Liqasının finalına yüksəlib.
Onu “Roma”da keçmiş klubun futbolçusu Daniele De Rossi əvəzləyib.
İtaliya çempionatının 20 turundan sonra “Roma” 29 xalla 9-cu pillədə qərarlaşıb.