Futbolçu Mişi Batşuayidir: Yeni üslubu  gündəm oldu
23 iyun 2025 18:55 (UTC +04:00)

Futbolçu Mişi Batşuayidir: Yeni üslubu gündəm oldu

“Ayntraxt Frankfurt”da çıxış edən Mişi Batşuayi başı örtülü və şortikli paylaşımı ilə sosial mediada trend mövzusuna çevrilib. Rəngarəng üslubu ilə seçilən ulduz futbolçuya bəzi istifadəçilər reaksiya verib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Türkiyədə karyerasına “Beşiktaş”da başlayan, daha sonra “Fənərbaxça” və “Qalatasaray”da forma geyinən Mişi Batşuayi sosial şəbəkədəki son paylaşımı ilə gündəm mövzusuna çevrilib. Hazırda Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"da çıxış edən 31 yaşlı belçikalı futbolçu diqqət çəkən üslubu ilə növbəti dəfə söhbət mövzusuna çevrilib. 

Türkiyədə oynadığı müddətdə rəngli dırnaq boyası və qeyri-adi geyim tərzi ilə diqqət çəkən Batşuayi bu dəfə başı örtülü halda etdiyi paylaşımla sosial mediada trend mövzusu olub. Altından ağ şortik geyinən ulduz futbolçu küçələrdə gəzdiyi anları sosial media hesabında paylaşıb.

Onun paylaşımı qısa zamanda minlərlə bəyənmə və şərh toplasa da, bəzi sosial media istifadəçiləri Batşuayinin üslubunu dəstəkləyib, bəziləri isə reaksiya verib. Rəngarəng xasiyyəti ilə tanınan futbolçunun bu üslubu növbəti dəfə müzakirələrə səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar