Hollandiya millisinin keçmiş futbolçusu David Mendes da Silva kokain alveri ilə bağlı sövdələşmədə iştirak etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 40 yaşlı Mendes da Silva Rotterdam məhkəməsi tərəfindən 74 və 105 kiloqram iki partiya kokainin idxalına görə məhkum edilib. O, həmçinin daha 1300 kiloqram kokain idxal etməyə hazırlaşmaqda təqsirli bilinib, lakin idxala köməklik etməkdə şübhəli bilinərək bəraət alıb. Bundan əlavə, da Silva narkotik satmaqda və çatdırılmaçıya rüşvət verməkdə təqsirli bilinib. Keçmiş futbolçu 2022-ci ilin avqustunda həbs edilib.
Da Silva karyerası ərzində "Sparta Rotterdam", Hollandiya çempionu olduğu "AZ Alkmaar" və "RB Salsburq" kimi klublarda çıxış edib. O, Hollandiya millisində 7 oyun keçirib. Karyerasını 2017-ci ildə başa vurub.