Millimizin keçmiş voleybolçusu Ukraynada toy etdi -  FOTOLENT
24 avqust 2021 16:07 (UTC +04:00)

Millimizin keçmiş voleybolçusu Ukraynada toy etdi - FOTOLENT

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub.

Apasport.az saytının məlumatına görə, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub.

Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. 

Cütlük şad gününü Kiyev vilayətində qeyd edib. Onlar yaxınlarını “Şilin” istirahət mərkəzinə toplayıb. Onlar toyun ardınca bal ayı üçün Yunanıstanın Krit adasına yollanıblar. 

Qeyd edək ki, Yakimçuk karyerası ərzində “Kruq Çerkassı” (2008/09), “Lokomotiv Biləcəri” (2012/13), “Monako” (2014/15, 2015/16) və “Makkabi Hadera Hafer”də (2017/18, 2018/19) çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5621

Oxşar yazılar