Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə karyerasını ölkəmizdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Ukraynanın ua-football.com saytı məlumat yayıb.
Bildirilib ki, “Minay”ın forvardı artıq “Qarabağ”la anlaşıb. Hətta bu səbəbdən 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının XVIII turunda “Kolos”la (1:2) səfər matçında iştirak etməyib. Rüstəmin “Minay”la artıq vidalaşdığı, tezliklə “Qarabağ”ın formasını geyinəcəyi vurğulanıb.
Qeyd edək ki, “Minay”a ötən il məhz “Kolos”dan keçən Rüstəm Əhmədzadənin Ukrayna təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu ilin yayında milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb. Rüstəm millimizin heyətində 5 matçda iştirak edib.