“Moldova ilə qarşıdakı oyundan sonra iki matçın raportunu AFFA rəhbərliyinə təqdim edəcəyəm”.
Bunu apasport.az saytına qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Avropa çempionatının seçmə mərhələsində 0:13 hesablı məğlubiyyətə baxmayaraq, istefa verməyən çalışdırıcı Moldova ilə qarşıdakı matçdan sonra taleyinə aydınlıq gələcəyini söyləyib: “Yığmadakı taleyim Moldova ilə görüşdən sonra bilinəcək. Razıyam ki, İspaniya ilə oyunun hesabı çox pisdir. Amma Moldova ilə görüşöncəsi komandanı qoyub gedə bilmərəm. Belədə kimsə komandanı qəbul edib üç gündən sonra oyuna çıxarmalı olar. Bu üzdən Moldova ilə qarşılaşmadan sonra rəhbərliklə müzakirə edəcəyik və onlar yekun qərarı verəcəklər”.
Qeyd edək ki, Azərbaycan – Moldova oyunu fevralın 23-də “ASK Arena”da keçiriləcək.