21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna ilə görüşüb.
AVRO-2025-in seçmə mərhələsi çərçivəsində təşkil olunan matç İspaniyada baş tutub Yığmamız F qrupunun liderinə ilk xal itkisini yaşatmağa çalışsa da bu alınmayıb, komandamız matçdan məğlub ayrılıb: 0-1
Qeyd edək ki, Mursiyadakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
AVRO-2025-in seçmə mərhələsi
F qrupu, 21 noyabr
22:00. Ukrayna - Azərbaycan 1-0
Qol: Brazhko, 34
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
Mursiya (İspaniya). “Nueva Kondomina” stadionu