Fransanın "Lill" klubunun və Portuqaliya millisinin 24 yaşlı yarımmüdafiəçisi Renatu Sançeş karyerasını "Milan"da davam etdirəcək.
Lent.az bildirir ki, “Goal.com”un xəbərinə görə, klub futbolçu ilə anlaşıb.
Renato Sançesin "Lill"lə müqaviləsi gələn mövsümün sonuna kimi hesablanıb.
Başa çatan mövsümdə "Lill"in heyətində 32 oyunda iştirak edib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.