Fransa millisinin hücumçusu Olivye Jiru "Milan"la yeni müqavilə imzalayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fabrisio Romanonun verdiyi məlumata görə, İtaliya klubu 36 yaşlı futbolçu ilə şifahi razılığa gəlib.
"Milan" yarımmüdafiəçi İsmael Bennaserlə də müqaviləni uzadacaq.
Qeyd edək ki, Jiru 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub. O, altı oyun keçirib və dörd qol vurub.