Qətər Universiteti dünya çempionatı zamanı Lionel Messinin məskunlaşdığı otel otağını muzeyə çevirir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı argentinalı futbolçu qapısında Argentina bayrağı və "L.Messi" yazısı olan B201 nömrəli otaqda yaşayıb.
Muzeyin açılış tarixi və orada hansı eksponatların nümayiş olunacağı məlum deyil. Messinin Qətərdən ayrılmasından sonra otağın daxili dəyişməyəcək.