Messinin ayağında  problem var:   Ona görə…
25 noyabr 2022 13:53 (UTC +04:00)

Messinin ayağında problem var: Ona görə…

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi ayağındakı problem səbəbindən noyabrın 24-də ümumi qrupda məşq etməyib.

Lent.az bildirir ki, bundan əvvəl mətbuatda Messinin Qətərdəki dünya çempionatı başlamazdan əvvəl komandadan ayrı çalışdığı haqda məlumatlar yayılmışdı. Argentina millisinin kapitanı daha sonra ehtiyat tədbiri olaraq fərdi proqram üzrə məşq etdiyini bildirib.

Messi fərdi məşq edib və diqqətini bərpa məşqlərinə yönəldib. Qeyd olunur ki, dünya çempionatının qrup mərhələsinin ilk turunun Səudiyyə Ərəbistanı yığması ilə oyununda (1:2) futbolçunun sol ayağının alt əzələsində problemlər yaranıb. Noyabrın 26-da Meksika yığması ilə Qətərdə keçiriləcək turnirin ikinci turunun oyununa qədər Messi sağalmalıdır.

İlk turdan sonra C qrupunun turnir cədvəlinə üç xalla Səudiyyə Ərəbistanı başçılıq edir. Polşa ikinci (1), Meksika üçüncüdür (1), Argentinanın xalı yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar