Messini hədələyən boksçu  üzr istədi
01 dekabr 2022 12:19 (UTC +04:00)

Messini hədələyən boksçu üzr istədi

Meksikalı boksçu Saul Alvares Argentina yığmasının kapitanı Lionel Messini hədələdiyi üçün üzr istəyib.

Lent.az xarici mediaya istinadla xəbər verir kii, Messinin Argentina millisinin soyunub-geyinmə otağının döşəməsindəki Meksika millisinin formasını ayağı ilə basması Alvaresi qəzəbləndirmişdi.

“Son bir neçə gündə ölkəmə bəslədiyim ehtiras və məhəbbət məni özümdən çıxartdı, yersiz şərhlər etdim, buna görə Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik və bu dəfə növbə məndədir”, - Alvarez sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Argentina millisi Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlsə də, Meksika yığması qrupda üçüncü yeri tutaraq turniri tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar