Messidən İnyestaya MÜRACİƏT:  “Sənin üçün darıxacağıq”
08 oktyabr 2024 16:18 (UTC +04:00)

Messidən İnyestaya MÜRACİƏT: “Sənin üçün darıxacağıq”

Dünya çempionu Argentina millisinin və Amerikanın "İnter Mayami" klubunun 37 yaşlı hücumçusu Lionel Messi 40 yaşında karyerasını bitirən "Barselona"nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyestaya müraciət edib.

“Mənim ən sehrli yoldaşlarımdan biri, onunla oynamağı ən çox sevirdim. Top sənin üçün darıxacaq, biz də sənin üçün darıxacağıq. Sənə ən yaxşısını arzulayıram, sən unikalsan”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Messi sosial şəbəkədə yazıb.

Andres İnyesta 1996-2018-ci illərdə “Barselona” sistemində olub, əsas komandada 674 oyunda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə verib.

O, 9 dəfə İspaniya çempionu, 6 dəfə ölkə kubokunun qalibi, 4 dəfə Çempionlar Liqasının qalibi olub. İspaniya millisinin üzvü kimi İnyesta dünya çempionu və ikiqat Avropa çempionu olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar

Mbappe milliyə  çağırılmadı - SƏBƏB

Mbappe milliyə çağırılmadı - SƏBƏB

8 oktyabr 2024 , 19:07
Hokkey qapıçıları oyun zamanı dalaşdı - VİDEO

Hokkey qapıçıları oyun zamanı dalaşdı - VİDEO

8 oktyabr 2024 , 12:37
Qadın üzgüçü suda boğulub öldü

Qadın üzgüçü suda boğulub öldü

8 oktyabr 2024 , 09:35
Neymar Braziliyada ada almaq  istəyir

Neymar Braziliyada ada almaq istəyir

7 oktyabr 2024 , 18:29
26 yaşlı dünya çempionu  öldü

26 yaşlı dünya çempionu öldü

7 oktyabr 2024 , 18:22
Ten Haq “Mançester Yunayted"in antirekordunu  yenilədi

Ten Haq “Mançester Yunayted"in antirekordunu yenilədi

7 oktyabr 2024 , 15:53
FHN-nin əməkdaşları stolüstü tennis yarışında uğur qazanıblar

FHN-nin əməkdaşları stolüstü tennis yarışında uğur qazanıblar

7 oktyabr 2024 , 15:42
Bir oyunda ÜÇ 11 metrlik zərbəni  dəf etdi

Bir oyunda ÜÇ 11 metrlik zərbəni dəf etdi

7 oktyabr 2024 , 12:12