Messidən ETİRAF:  niyə Avropada oynamadı?
23 sentyabr 2023 10:28 (UTC +04:00)

Messidən ETİRAF: niyə Avropada oynamadı?

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi niyə daha Avropa qitəsində oynamaq istəmədiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu həyatını dəyişmək istədiyini deyib.

“Buna görə də karyeramı Avropada davam etdirməmək qərarına gəldim. Xarakterim elə olsa da, qalib gəlmək, yarışmaq istəyirəm, müəyyən məqamda özümü daha rahat hiss etmək istədim”, – argentinalı “Infobae”yə müsahibəsində dilə gətirib.

Bununla yanaşı, Messi Avropadan ABŞ-a keçdikdən sonra oyununun səviyyəsinin aşağı düşməsi ilə razılaşmadığını bildirib. “Mən həmişə olduğu kimi hazırlaşıram və oynayıram”, deyə qeyd edib.

Bu mövsüm argentinalı “İnter Mayami”nin heyətində 12 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4010

Oxşar yazılar