Messi TƏSDİQLƏDİ: Dünya çempionatının finalı  son oyunu olacaq
14 dekabr 2022 13:12 (UTC +04:00)

Messi TƏSDİQLƏDİ: Dünya çempionatının finalı son oyunu olacaq

1

Argentina millisinin hücumçusu Lionel Messi bildirib ki, Qətərdə keçirilən dünya çempionatının final oyunu onun dünya çempionatlarında sonuncu oyunu olacaq. 

Lent.az bildirir ki, latın amerikalılar dünya çempionatının yarımfinalında Xorvatiyaya (3:0) qalib gəliblər.

“Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatındakı çıxışlarımı başa vuracağam”, - futbolçu deyib.

Argentinalılar turnirin finalına yüksəliblər və onların rəqibi Fransa və Mərakeş qarşılaşmasında müəyyənləşəcək. Xorvatiya millisinə gəlincə, onlar üçüncü yer uğrunda görüşə çıxacaqlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2196

Oxşar yazılar