Argentina yığmasının baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatında mümkün çıxışından danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onda argentinalı hücumçunun 39 yaşı tamam olacaq.
“Düşünürəm ki, çox şey Messinin nə istədiyindən asılı olacaq. Əgər özünü yaxşı hiss etsə, onu komandada görməyə şad olarıq. Qapılar həmişə açıq olacaq. Onun meydanda olması komanda üçün də faydalıdır”, - Skaloni vurğulayıb.
Xatırladaq ki, Argentina 2022-ci ildə Qətərdə keçirilən turnirdə dünya çempionu olub. Əsas vaxtı 3:3 başa çatan final oyununda Argentina Fransanı penaltilər seriyasında 4:2 məğlub edib.
35 yaşlı Messi oyunda 2 qol vurub və penaltini də dəqiq yerinə yetirib. Hücumçu turnirin ən yaxşı oyunçusu kimi tanınıb.