Messi növbəti dünya çempionatında  iştirak etməyəcək
13 iyun 2023 18:16 (UTC +04:00)

Messi növbəti dünya çempionatında iştirak etməyəcək

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirakdan danışıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu bildirib ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı onun üçün sonuncu olub. "Hər şeyin necə getdiyini görəcəyəm, amma nəzəri olaraq, yox, növbəti dünya çempionatına getməyəcəyəm", - Messi deyib.

İyunun 7-də Messi MLS klubu “İnter Mayami”yə keçdiyini elan edib. Bunun onun 2026-cı il dünya çempionatında iştirakına kömək edəcəyi qeyd edilib.

Qətərdə keçirilən dünya çempionatında Messi Argentina millisi ilə birlikdə dünya çempionu olub və turnirin ən dəyərli oyunçusu kimi tanınıb. Bundan əlavə, Beynəlxalq Futbol Federasiyası hücumçunu 2022-ci ilin ən yaxşı oyunçusu elan edib.

2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir ilk dəfə üç ölkədə eyni vaxtda keçiriləcək. Bu zaman Messinin 39 yaşı tamam olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar