PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi 2022 FİFA Dünya Çempionatının finalından sonra komanda yoldaşı fransalı hücumçu Kilian Mbappe ilə münasibətindən danışıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Messi dünya çempionatı ilə bağlı nəyisə müzakirə etmək istəmədiyini bildirib:
“Mbappe ilə oyun, tətillər, Argentinada insanların necə yaşadığı və hansı bayramları keçirdiyimiz barədə danışdıq. Başqa heç nə. Uduzan biri ilə final haqda danışmaq çətindir? Buna diqqət yetirmək, final mövzusunu qaldırmaq belə istəmirəm. Əksinə Mbappe ilə heç bir problemim yoxdur”.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina millisi Fransa yığmasına qalib gəlmişdi (3:3, 4:2 – penaltilər seriyasında). Həmin görüşdə Messi dubla, Mbappe isə het-trikə imza atıb.