Messi karyerasını  bu komandada başa vuracaq
26 sentyabr 2024 15:26 (UTC +04:00)

Messi karyerasını bu komandada başa vuracaq

37 yaşlı dünya çempionu Argentina millisinin hücumçusu Lionel Messi "İnter Mayami" ilə müqaviləsini yeniləməyəcək. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

“El Nacional” yazır ki, Messi futbolda ilk ciddi addımlarını atdığı Argentinalı "Nyuells Old Boyz"a qayıtmaq niyyətindədir. O, karyerasını elə burada da başa vuracaq.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib, burada 32 oyun keçirib, 27 qol vurub və 17 məhsuldar ötürmə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar