Lionel Messi "İnter Mayami"nin kapitanı olacaq.
Lent.az bildirir ki, bu barədə “TyC Sports”un jurnalisti Qaston Edul məlumat verib.
O, həmçinin qeyd edib ki, komanda ilə dünənki ilk məşqindən sonra Messi və Sergi Buskets klubun gənc futbolçuları ilə işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar.
O, həmçinin qeyd edib ki, komanda ilə dünənki ilk məşqindən sonra Messi və Sergi Buskets klubun gənc futbolçuları ilə işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar.
36 yaşlı argentinalının MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Messi “İnter Mayami”də 10-cu nömrə altında oynayacaq.
Hücumçunun komandada debütünü iyulun 21-də "Krus Azul"a qarşı keçirəcəyi gözlənilir.